Koreya Respublikası Şimali Koreyanın tərkibində tullantı olan daha 310 şar göndərdiyini bildirib.
525.az xəbər verir ki, Koreya Baş Qərargahının sözçüsü polkovnik Li Sonq Jun Şimali Koreyanın göndərdiyi "tullantı şarları" ilə bağlı açıqlama verib. Şimali Koreya tərəfindən təxminən 310 şarın göndərildiyini bildirən Li, bu şarların çoxunun külək səbəbindən ölkələrinə çatmadığını qeyd edib.
Qeyd edək ki, şarların içində kağız və plastik olduğunu söyləyən Li, heç bir zəhərli maddə aşkar edilmədiyini vurğulayıb.
Məhəmməd Tağıyev