|
|
|
|
Belçikanın Baş naziri Aleksandr De Kro Kral Filipin istefasını qəbul etdiyini açıqlayıb.
525.az xəbər verir ki, De Kro "X" hesabında "Kral istefamı qəbul etdi" mesajını paylaşıb. Hazırkı hökumətin cari məsələlərlə məşğul olmağa davam edəcəyini və yeni hökumət üçün keçid prosesini idarə edəcəyini bildirən De Kro: "Seçkilərin nəticələri məyusluqdur və mən buna görə məsuliyyət daşıyıram", - deyib.
Qeyd edək ki, Baş nazir seçkidən sonra verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməmiş və iyunun 10-u səhər saatlarında istefa ərizəsini verəcəyini açıqlamışdı.
Məhəmməd Tağıyev