|
|
|
|
NATO ölkələrinə aid F-16 qırıcıları Rusiyaya qarşı Ukrayna tərəfindən hərbi əməliyyatlara cəlb edilsə, Rusiya üçün "qanuni hədəf" olacaq. Hətta həmin qırıcıların yerləşdiyi hərbi hava limanları da Rusiyanın "qanuni hədəfi"ləri sırasına daxil ediləcək. Belə bir xəbərdarlıqla Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov çıxış edib. Kartapolov qeyd edib ki, əgər F-16 qırıcıları Ukrayna ərazisində saxlanılacaqsa, Ukrayna ərazisindəki hava limanlarından uçacaqsa, təchiz olunacaqsa və texniki xidmət göstəriləcəksə, Qərbə qarşı heç bir iddia olmayacaq. Qırıcılar Ukrayna aerodromlarından uçacaqlar. Məlum olduğu kimi, Ukraynanı dördüncü nəsil qırıcılarla təmin etmək üçün yaradılmış "F-16 koalisiyası"na daxil olan 13 ölkədən dördü özünün F-16 qırıcılarını Ukraynaya verəcəklərini təsdiqləyib. Bundan başqa, Fransa "Miraj", İsveç isə "Saab JAS 39 Gripen" təyyarələrini Ukraynaya verməyə hazırdır. Rusiya isə onların sadəcə NATO-ya daxil olan ölkələrin ərazilərindən istifadə etməklə döyüş tapşırıqları həyata keçirməsini istəmir.
Bu arada məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hava məkanında, Belqorod və Bryansk vilayətləri üzərində Rusiyanın İl-76, Su-34 və Su-35 təyyarələrinin ABŞ-ın "Patriot" zenit-raket komplekslərindən istifadə etməklə məhv edib. "Patriot"un Almaniyada əcnəbi təlimatçılar tərəfindən heyəti Rusiya təyyarələrini pusquya salmağı bacarıblar. Rusiya A-50U kəşfiyyat təyyarəsinin və Su-27 qırıcısının da eyni üsulla "Patriot" sistemləri tərəfindən məhv edildiyi iddia olunur.
Rusiya Müdafiə Nazirliyi İl-76 təyyarəsinin Belqorod vilayətində Koroçanski rayonunun şimalında, Ukrayna ilə sərhəddən 70 kilometrdən çox məsafədə yerləşən Yablonovo kəndi yaxınlığında qəzaya uğradığını bildirmişdi.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki Mi-8 helikopteri, eləcə də Su-34 və Su-35 qırıcılarından ibarət aviaqrupun Ukrayna ilə həmsərhəd Bryansk vilayətində qəzaya uğraması da eyni hava pususunun nəticəsi hesab edilir.
İndi isə döyüş vəziyyəti tamamilə yeni xarakter alır. Yaxın günlərdə F-16 qırıcılarının döyüş uçuşları keçirəcəyi gözlənilir. Onların əsas hədəfi isə Krım, Belqorod, Bryansk və Kursdakı Rusiya ordusuna məxsus hərbi hava limanları, hava hücumundan müdafiə sistemləri və komanda məntəqələri, eləcə də hərbi təyinatlı anbarlar olacaq. Rusiyada isə ehtiyat edirlər ki, F-16 qırıcıları NATO-ya üzv ölkələrdən birinin ərazisindən havaya qalxaraq Ukrayna ərazisinə daxil olaraq Rusiyanın ərazisinə zərbə endirə və yenidən geriyə qayda bilər. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov da xəbərdarlıq edir ki, belə olarsa, Rusiya həmin ölkələrin hava limanlarına və hava məkanlarındakı F-16-lara hücum edəcək. Bu isə Rusiya ilə NATO-nun birbaşa toqquşmasına gətirib, çıxara bilər. Rusiya bu xəbərdarlığını həyata keçirəcəkmi? Çox böyük ehtimalla, bu xəbərdarlığın da taleyi digər "qırmızı xət"lərin taleyi kimi olacaq.