|
|
|
|
ABŞ-nin keçmiş prezidenti, noyabrda keçiriləcək seçkidə Respublikaçılar Partiyasının namizədliyinə əsas iddialı Donald Tramp seçki kampaniyasının donanları ilə görüşü zamanı Moskva və Pekini bombalaya biləcəyini deyib. Tramp onun prezidentliyi dövründə Rusiya Ukraynanı, Çin isə Tayvanı işğal edəcəyi halda Moskva və Pekini bombalayacağını iddia edib. Keçmiş prezidentin bu mövqeyi bəzi donorları təəccübləndirib. Müşahidəçilər son zamanlar Trampın və bütövlükdə Respublikaçılar Partiyasının mövqeyində bir dəyişiklik olduğunu qeyd edirlər. Prezidentliyə namizədin müəyyən edilməsi mərhələsində Trampın əsas rəqibi olmuş Nikki Heyli HƏMAS-ın ötən ilin oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi qanlı terror aktının arxasında İran, Rusiya və Çinin dayandığını bildirib. Nikki Heyli bildirib ki, oktyabrın 7-də HƏMAS-ın hücumu İran tərəfindən təşkil edilib. Rus kəşfiyyatı ona kömək edib və Çin maliyyələşdirib.
Trampın və Heylinin açıqlamalarından aydın görünür ki, Respublikaçılar Partiyası İran, Rusiya və Çinə eyni münasibət bəsləməyə başlayıblar. Respublikaçıların fikir mərkəzlərində bu üç dövlət arasındakı münasibətləri "Şər oxu" adlandırlar. ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın fikir tərəfdarlarının əksəriyyət təşkil etdiyi düşüncə mərkəzlərində Rusiya, İran, Çin və Şimali Koreyanın ABŞ-nin maraqlarını təhdid etmək üçün birgə hərəkət etdikləri ilə bağlı narahatlıq var. İndi belə görünür ki, ABŞ-nin maraqlarının qorunması ilə bağlı reyqançı düşüncə mərkəzlərinin fikirləri Trampın və Heylinin fikirlərinin təməlini təşkil etməyə başlayıb. Heyli Respublikaçılar Partiyasının "reyqançı" qanadının təmsilçisi olduğu üçün onun Çin, Rusiya və İranla bağlı fikirləri təəccüb doğurmur. Təəccüblü Trampın mövqeyindəki dəyişiklikdir. Belə görünür ki, Tramp da ənənəvi mövqeyindən geri çəkilərək "reyqançı"ların fikirlərini əsas götürməyə başlayıb. Tramp bildirib ki, 2024-cü ilin noyabrında keçiriləcək seçkidə qalib gələrsə, NATO üzvlərindən hərbi xərcləri Ümum Daxili Məhsulun 2 faizini deyil, 3 faizini xərcləməyi tələb edəcək. Bu isə Şimali Atlantika Alyansın bugünkü vəziyyətli müqayisdə daha da güclənməsinə səbəb olacaq.
Konqresin hər iki palatasındakı respublikaçılar da Ukrayna, İsrail və Tayvan məsələsində daha radikal mövqe tutmağa başlayıblar. Respublikaçıların Konqresdəki nüfuzlu təmsilçiləri Ukraynaya dəstəyin artırılması ilə bağlı Bayden administrasiyasına təzyiqləri artırıblar. Bütün bunlar onu göstərir ki, Trampın noyabrda keçiriləcək prezident seçkisində qalib gələrək prezident olacağı tərzdə Ukraynanı Rusiyaya qurban verəcəyinə ümid edənlər, ciddi şəkildə məyus olacaqlar.