Yaponiyanın paytaxtı Tokioda bir məktəbdə bibər qazından istifadə edilməsi nəticəsində 35 şagirdin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
525.az xəbər verir ki, paytaxtın ən sıx yerlərindən biri olan Şinjukuda Tokio Koreya Məktəbinin sinif otağına təsadüfən bibər qazı səpilib. Belə ki, qaza məruz qalan 35 şagird müxtəlif şikayətlər, xüsusilə də göz ağrıları ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisədən sonra məktəbə polis göndərilib və hadisənin təfərrüatları araşdırılıb.
Məhəmməd Tağıyev