Almaniya Kansleri Olaf Şolts Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyə çağırıb.
525.az xəbər verir ki, Berlində keçirilən "2024 Ukraynanın Təkmilləşdirilməsi Konfransı"nın açılış çıxışında Şolts: "Mən bu gün buradakı hər kəsdən xahiş edirəm ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsümüzə hər cür dəstək versinlər", - deyə bildirib.
Belə ki, Şolts daha sonra Ukraynada yüzlərlə alman şirkətinin fəaliyyət göstərdiyini və təkcə avtomobil sektorunda 35 min işçinin olduğunu vurğulayıb.
Məhəmməd Tağıyev