|
|
|
|
Şimali Koreya əsgərləri səhvən sərhədi keçdikdən sonra Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Hərbisizləşdirilmiş Zonada (DMZ) baş verən hadisə iki Koreya arasında gərginliyin artmaqda davam etdiyi bir vaxta təsadüf edib.
Seul ordusunun bildirdiyinə görə, yerli vaxtla saat 12:30-da çöl alətləri, o cümlədən çubuqlar daşıyan Şimali Koreya əsgərlərindən ibarət kiçik bir qrup Cənubi Koreyaya daxil olub. Onlar həmin vaxt sərhəd bölgəsində olan 20 nəfər arasında olublar.
Cənubi Koreyalılar onlara xəbərdarlıq atəşi açdıqdan sonra dərhal geri çəkiliblər.
Malik Atilay