Konqo Demokratik Respublikasının May-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.
525.az xəbər verir ki, Mushie şəhərindən May-Ndombedəki Kva çayı üzərindəki Lebida şəhərinə hərəkət edən qayıq mühərrikin nasazlığı səbəbilə sahilə çırpılaraq batıb.
Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün çay və göllərdən istifadə olunur.
Məhəmməd Tağıyev