Fransa prezidenti Emmanuel Makron sol və sağ partiyaların mötədil siyasətçilərini ifrat sağçıların növbədənkənar parlament seçkilərində qalib gəlməsinin qarşısını almaq üçün birləşməyə çağırıb.
525.az bu barədə “Euronews”a istinadən xəbər verir.
Mərkəzçi prezident bəyan edib ki, o, ölkə üçün ifratlara “yox” deyə bilən xoşniyyətli kişilərin və qadınların bir araya gəlib ortaq bir layihə qurmasını istəyir.
Makron partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçılara sarsıdıcı məğlubiyyətindən sonra iyunun 30-da növbədənkənar milli seçkilər elan etdiyi bazar günündən bəri ilk dəfə mətbuat konfransında fransız seçicilərinə müraciət edib.
O, erkən seçkilər barədə qərarını belə izah edib Avropayönlü partiyası Mari Le Pen və Cordan Bardellanın təmin etdiyi seçkilərdə partiyasının fransızların dəstəyinin yarısını almadıqdan sonra yeni siyasi reallığa göz yuma bilməz.
Qeyd edək ki, AP-yə seçkilərdə Makronun İntibah partiyası 14,5 faiz, Marin Le Penin qurucusu olduğu ifrat sağçı Milli Birlik Partiyası isə ondan iki dəfədən də çox 31,5 faiz səs alıb.
Pərvanə Sultanova