
Fransanın cənubundakı Var vilayətində baş verən yanğın nəticəsində 600 hektar yaşıllıq sahəsi yanıb.
525.az xəbər verir ki, Var yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, yerli vaxtla saat 15:00 radələrində Vidauban qəsəbəsində yaşıl sahədə yanğın baş verib. Yanğına müdaxilə etmək üçün hadisə yerinə 430 yanğınsöndürən, 3 təyyarə, 2 helikopter və 137 texnika göndərilib.
Hələlik nəzarət altına alınmayan yanğın indiyədək 600 hektar yaşıllıq sahəsini məhv edib, can itkisi isə olmayıb.
Qeyd edək ki, Vidauban və Plan-de-la-Tur şəhərlərini birləşdirən yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Məhəmməd Tağıyev



