
NATO-nun müdafiə nazirləri iyunun 13-də keçiriləcək iclasda Ukraynaya ildə 40 milyard dollar dəyərində silahların verilməsi planını təsdiq edəcəklər. Silahların tədarükünü Alyans koordinasiya edəcək.
525.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
"Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiq edəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir", - o deyib.
Stoltenberqin sözlərinə görə, plana uyğun olaraq, NATO ölkələri Ukraynaya hər il 40 milyard dollar hərbi yardım etməlidir: “Münaqişə başlayandan NATO ölkələri hər il 40 milyard dollar hərbi yardım göstəriblər. Biz bu minimumu lazım olan müddətədə qədər saxlamalıyıq".
Pərvanə Sultanova



