|
|
|
|
Avropa Sosialistlər Partiyasının baş katibi Cakomo Filibek ifrat sağçı qrupların parlament koalisiyasına qəbul edilməsinin qarşısını almağa çağırıb.
525.az “Euronews”a istinadən xəbər verir ki, o, Danimarkanın Baş naziri Mette Frederikse Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsində görmək istədiyini deyib.
Avropa Sosialistlər Partiyasının baş katibi bildirib ki, Avropa Komissiyasının hazırkı sədri Ursula fon der Leyen iki radikal sağçı qrupun parlament koalisiyasına qəbul edilməsinə icazə verməsə, ikinci müddətə onun namizədliyini dəstəkləyəcək.
Cakomo Filibek əlavə edib ki, seçkilərdə qalib gələn mərkəzçilər qanunvericilik planı və icra proqramının əsas istiqamətləri ilə bağlı sol qüvvələrlə razılaşmalı olacaqlar.
“Danışıqlar zamanı görsək ki, Avropa mühafizəkarları və islahatçıları və ya “Kimlik və demokratiya” növbəti beş il üçün prioritetlərin müəyyən edilməsində rol oynayır, o zaman biz sosialistlər, eləcə də demokratlar və mütərəqqilər danışıqlar masasını tərk edəcəyik. Amma biz “yaşıllar”ın dəstəyinə açığıq, onların iştirakını alqışlayacağıq”, - Filibek vurğulayıb.
Avropa Parlamentinin yeni tərkibində ikinci qüvvə olan sosialistlər Aİ Şurasına sədrlik etmək hüququna malik olduqlarını hiss edirlər, lakin bunun üçün Almaniya və İspaniya hökumət başçılarının razılığı lazımdır. Portuqaliyanın keçmiş Baş naziri, Antonio Koştanın şübhəli deyil, şahid olduğu korrupsiya işinə baxmayaraq, Almaniya kansleri Olaf Şolts və İspaniyanın baş naziri Pedro Sançesin dəstəyinə malikdir.
Pərvanə Sultanova