
Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) quş qripinə yoluxma halı aşkarlanıb.
525.az xəbər verir ki, bu hal Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə bir insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi xəstəliyinin aşkarlandığını təsdiqləyib.
Ağır tənəffüs narahatlığı, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb.
Məhəmməd Tağıyev



