
İsti dalğanın təsirli olduğu Yunanıstanın paytaxtı Afinada saat 12.00-17.00 arasında tarixi Akropolun ziyarətçilərə bağlanmasına qərar verilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, keçən il təxminən 4 milyon turistin ziyarət etdiyi Akropol, günorta saatlarında hava istiliyinin 39 dərəcəyə çatacağı gözlənildiyi üçün bu gün saat 12.00-17.00 arasında bağlanıb.
İsti havaların təsirli olduğu Qərbi Trakya və Yunanıstanın mərkəzi bölgələrinin bəzi bölgələrində saat 12:00-dan etibarən məktəblər bağlanıb.
Meteorologiya Departamentindən verilən məlumata görə, sabah 40 dərəcədən yuxarı olacağı gözlənilən temperatur iyunun 14-ü cümə gününə kimi təsirini davam etdirəcək.
Malik Atilay



