
“Macarıstan Avropa İttifaqı məhkəməsinin maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək”.
525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri aparatının rəhbəri Gergeli Quyaş bildirib.
Qeyd edək ki, məhkəmə Macarıstanı miqrantların qəbulu ilə bağlı ümumavropa qaydalarının pozduğuna, əvvəlki məhkəmə qərarlarını yerinə yetirmədiyi üçün 200 milyon avro cərimələyib.
"Macarıstan maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək", - ölkə rəsmisi əlavə edib.
Onun sözlərinə görə, normal məhkəmə heç vaxt belə qərar verməzdi. O, qərarı təhqiramiz, ədalətsiz və qəbuledilməz adlandırıb, vurğulayıb ki, bu, Avropa hüququ, Macarıstan Konstitusiyası, xarici sərhədlərin qorunması və miqrasiya ilə mübarizə üçün effektiv fəaliyyət haqqında düşündüyümüz hər şeyə tamamilə ziddir”.
Pərvanə Sultanova



