
Yəməndə İranın dəstəklədiyi husilər İsrailə doğru üzən gəmini hədəf aldıqlarını və gəmiyə ciddi ziyan vurduqlarını açıqlayıblar.
525.az xarici mediaya istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dənizdə İsrailə gedən "Tutor" adlı gəmini hədəf aldıqlarını bildirib.
Gəminin Pilotsuz Uçuş Aparatları (PUA) və ballistik raketlərlə vurulduğunu bildirən Seri, hücum nəticəsində gəminin ciddi şəkildə zərər gördüyünü bildirib.
Seri gəminin İsrail limanlarına girişin qadağan edilməsi qərarını pozduğu səbəbilə raket və PUA-larla vurulduğunu bildirib.
Malik Atilay



