
ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən “G7” ölkələrinin sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Tərəflər bu razılaşmaya Ukraynanın NATO alyansına mümkün üzvlüyünə körpü kimi baxırlar”, - agentlik sənədin mətnindən sitat gətirib.
Sazişdə vurğulanıb ki, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir. Razılaşmaya görə, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.
Pərvanə Sultanova



