
ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyada keçirilən G7 Sammiti çərçivəsində iki ölkə arasında müdafiə sahəsində yeni 10 illik əməkdaşlıq sazişi imzalayıb.
525.az xəbər verir ki, İtaliyanın Fasano bölgəsində keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində toplanan ABŞ Prezidenti Bayden və Ukrayna Prezidenti Zelenski birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransının əvvəlində ABŞ və Ukrayna arasında 10 illik müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayan iki lider, razılaşmanın həm NATO-nun təhlükəsizliyi, həm də Ukraynanın müdafiə bazası baxımından əhəmiyyətini vurğulayıb.
Məhəmməd Tağıyev



