
Fransa Prezidenti Emmanuel Makron ifrat sağçı partiyanın Avropa Parlamenti (AP) seçkilərində böyük fərqlə birinci olmasından sonra növbədənkənar ümumi seçkilərin təyin edilməsi qərarını müdafiə edib.
525.az xəbər verir ki, İtaliyanın Borqo Eqnazia bölgəsində keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində mətbuata danışan Makron, AP seçkilərinin Fransa mərhələsində ifrat sağçıların böyük fərqlə birinci olmasının ardından erkən ümumi seçki keçirmək qərarı ilə bağlı açıqlamalar verib.
Erkən seçki qərarı ilə bağlı mümkün olan ən demokratik qərarı verdiyini iddia edən Makron, xalqın özünü ifadə etməsinə imkan vermənin sağlam bir qərar olduğunu vurğulayıb.
Məhəmməd Tağıyev



