Cənubi Afrika Respublikasında ilk dəfə görülən meymun çiçəyi virusu "mpox"dan 2 nəfərin öldüyü bildirilib.
525.az xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) verdiyi açıqlamada ölkənin ən böyük əyalətləri olan Gauteng və KwaZulu-Natalda 6 meymun çiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb. Açıqlamada ölkədə ilk dəfə aşkarlanan xəstəlikdən 2 nəfərin öldüyü bildirilib.
İlk xəstənin iyunun 10-da Gautengdəki Thembisa xəstəxanasında, dünən Kva-Zulu-Natalda meymun çiçəyi virusu aşkarlanan 38 yaşlı kişi xəstənin isə bu gün dünyasını dəyişdiyi bildirilib.
Məhəmməd Tağıyev