İspaniyanın Baş naziri Pedro Sançes paytaxt Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuat konfransı keçirib.
525.az xəbər verir ki, Fələstinin tanınmasının bölgədə daimi sülhə nail olmaq üçün yeganə həll yolunun olduğunu bildirən Sançes, Norveç və İrlandiyanın Fələstin dövlətini tanımağa qərar verdiyini, daha sonra Sloveniyanın da onlara qoşulduğunu xatırladıb.
Sançes: "Biz digər Avropa ölkələrini Fələstini tanımağa çağırırıq. Yeganə çıxış yolu budur. Beynəlxalq ictimaiyyət də bu məsələ ilə bağlı addımlar atmalıdır", - deyib.
Məhəmməd Tağıyev