İyunun 15- 16-da İsveçrədə keçiriləcək Ukrayna konfransının iştirakçıları Rusiyanın danışıqlar prosesinə necə daxil edilməsini müzakirə edəcəklər.
525.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Federal Şurasının bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, konfrans ilk dəfə olaraq Rusiyanın danışıqlar prosesinə cəlb edilməsi məsələsini ən yüksək səviyyədə müzakirə etmək imkanı verir.
"Federal Şura (İsveçrə hökuməti) hesab edir ki, uzunmüddətli həll yolu hazırlamaq üçün hər iki tərəfin iştirakı lazımdır", - sənəddə deyilir.
Daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh şəraiti ilə bağlı bəyanatını şərh etməkdən yayınıb.
Pərvanə Sultanova