|
|
|
|
“Ukrayna üçün ildə 40 milyard dollarlıq hərbi yardım paketindən danışmaq tezdir”.
525.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.
O, yardım paketi barədə qərarı vaxtından əvvəl adlandırıb. Nazirin sözlərinə görə, belə bir vəsait mövcud deyil.
Krosetto vurğulayıb ki, bu, İtaliya üçün ildə əlavə 3,5 milyard dollar xərcləmək deməkdir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ Şimali Atlantika Alyansının Ukrayna üçün silah alışı fondu üçün vəsaitin yarısını ayırmalıdır, onun ümumi həcmi ildə 40 milyard dollar olmalıdır. O qeyd edib ki, iyulda Vaşinqtonda keçiriləcək sammitə qədər uzunmüddətli maliyyə yardımının həcmi və Ukraynanın alyansa qoşulması ilə bağlı mövqelərin razılaşdırılması istiqamətində iş aparılacaq.
Mart ayında Stoltenberq Ukrayna üçün ildə 100 milyard dollar təklif etsə də, təklif dərhal rədd edilib.
Pərvanə Sultanova