ABŞ Dövlət Departamenti ölkə ərazisində 10 ilyaşayan qeyri-leqal miqrantlara hüquqi statusverməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, proqramın təfərrüatları müvafiq işlər başa çatdıqdan sonra ictimailəşdiriləcək. Yeniliyə görə yuxarıda göstərilən kateqoriyadan olan miqrantlar bu müddətdən sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər.
Yeniliklərdən biri də onlara müvəqqəti vizaların almaq imkanı verən güzəştlərin tətbiqindən ibarətdir. Bu zaman üstünlük yüksək ixtisaslı müxtəlif peşə sahiblərinə veriləcək.
Qeyd edək ki, yeni proqramın iyunun 18-də elan edilməsi gözlənilir.