İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Ukrayna üzrə növbəti sülh sammitinin ABŞ-dəki prezident seçkilərindən öncə təşkil edilə biləcəyini bildirib.
525.az “Report”-a istinadən xəbər vrir ki, bu barədə “The Guardian” yazıb.
“İsveçrədə bu həftəsonu baş tutmuş danışıqların davamı olaraq Ukraynada sülhə yol açmaq məqsədi daşıyan növbəti sammit noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərdən öncə mümkün ola bilər”, – qəzet XİN başçısından sitat gətirib.
Xatırladaq ki, bu həftəsonu İsveçrədə Ukraynanın təşəbbüsü ilə ilk sülh sammiti baş tutub. Burada 100-dən çox ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Sammitin sonunda iştirakçıları bir qismi birgə kommünike imzalayıb.