Mərakeşin cənubundakı Dahla şəhəri sahillərində 91 qeyri-qanuni miqrantın xilas edildiyi bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş Kral Silahlı Qüvvələrindən verilən yazılı açıqlamada Qərbi Sahara bölgəsindəki Dahla sahillərində bir qayığın xilas edildiyi bildirilib.
Qayıqda 91 qeyri-qanuni miqrant olub və bu şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra qanuni prosedurlar üçün təhlükəsizlik qüvvələrinə təhvil veriliblər.
Qeyd edək ki, hər il minlərlə qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Avropaya getmək üçün Afrikadan Aralıq dənizinə üz tutur. Miqrantların bir qismi Avropaya çata bilsə də, bəziləri dənizdə ölür.
Malik Atilay