Çadın paytaxtı Ncamenanın Quundci bölgəsində yerləşən Ncamena hava limanı yaxınlığındakı hərbi sursat anbarında yanğın baş verib.
525.az xəbər verir ki, Çad xarici işlər naziri Abderaman Kullamalah sosial media hesabından verdiyi açıqlamada paytaxt Ncamenanın Goudji bölgəsində hərbi sursat anbarında yanğın baş verdiyini bildirib. Kullamalah vətəndaşlara sakit olmağı tövsiyə edib və əlavə məlumat verməyib.
Çadın səhiyyə naziri Abderrahim Abdelmadjid anbarda baş verən partlayışda 9 nəfərin öldüyünü, 46 nəfərin yaralandığını açıqlayıb.
Məhəmməd Tağıyev