ABŞ-nin Nyu-Meksiko ştatında davam edən meşə yanğınını söndürmək üçün həftə sonu gözlənilən yağışa ümid bağlanıb.
525.az xəbər verir ki, Milli Hava Xidmətinin (NWS) məlumatına görə, xüsusilə ABŞ-nin cənub-qərbindən gələn isti dalğası səbəbilə Nyu-Meksiko ştatında başlayan meşə yanğınları davam edir.
Nyu-Meksiko ştatının Ruidoso kəndi və ətrafında davam edən, minlərlə insanın təxliyyə edilməsinə və 1 nəfərin ölümünə səbəb olan yanğının söndürülməsi ümidi ilə həftənin sonuna doğru yağışın yağacağı gözlənilir.
Meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilən Nyu-Meksiko, ABŞ-də fövqəladə quraqlığın yaşandığı düşünülən yeganə bölgədir.
Məhəmməd Tağıyev