ABŞ prezidenti Co Baydenin administrasiyası Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün istehsal olunmuş raketləri Ukraynaya tədarük etmək qərarına gəlib.
525.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Birləşmiş Ştatlar rəsmiləri hərbi texnikanın, ilk növbədə, Patriot və NASAMS-ın digər ölkələrə yaxın müddət üçün planlaşdırılmış üçün tədarükü ilə bağlı prioritetini dəyişdirmək və əvəzində onları Ukraynaya göndərmək kimi çətin, lakin vacib qərarı qəbul edib. Biz bu məhsulların tədarükündə prioritetləri elə dəyişəcəyik ki, istehsal xəttindən çıxan raketlər indi Ukraynaya verilsin. Digər müttəfiqlərin sifariş etdiyi raketlərin çatdırılması gecikəcək”, - deyə o bildirib.
Daha əvvəl “Financial Times” xəbər yayıb ki, ABŞ indi Patriot hava hücumundan müdafiə sistemləri üçün digər ölkələrdən aldığı bütün sifarişləri ilk növbədə Ukraynaya çatdırmaq üçün dondurub.
Pərvanə Sultanova