
Haitidə yenidən şiddətlənən zorakılıqlar səbəbindən son 2 gündə silahlı hücumlarda 25 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Port-o-Prensə bağlı Qressier qəsəbəsində dəstələr arasında baş verən toqquşmalarda 25 nəfər həlak olub.
Mətbuata açıqlama verən polis rəsmisi: "Vəziyyət kifayət qədər mürəkkəbdir. Quldurlar bütün şəhəri zəbt ediblər. Onlar kiçik qruplar halında hərəkət edərək müxtəlif məhəllələri ələ keçirirlər. İnsanlar evlərini tərk edir”, - deyib.
Prezident Aparatından verilən açıqlamada Qressier qəsəbəsində silahlı dəstələrin törətdiyi hadisələrin pisləndiyi və milli polisə hərtərəfli dəstək verildiyi bildirilib.
Polisin keçirdiyi əməliyyatlar nəticəsində Qressierdə bir çox dəstə üzvünün zərərsizləşdirildiyini bildirən Şura, xeyli miqdarda sursat ələ keçirildiyini vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dəstə üzvlərinin polis məntəqələrinə basqın edərək mülki şəxsləri hədələdiyi görünür.
Malik Atilay



