|
|
|
|

"Tesla" avtomobilin kapotunun açılmasına və sürücülərin görmə qabiliyyətinə mane ola biləcək proqram təminatı probleminə görə ABŞ-də 1,8 milyondan çox avtomobili geri çağıracaq.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Nəqliyyat Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, sözügedən qərarın 2021-2024-cü illər arasında istehsal edilən Model 3, Model S, Model X və Model Y avtomobillərini və 2020-2024-ci illər arasında istehsal edilən Model Y avtomobillərini əhatə etdiyi ifadə edilib.
Açıqlamada 1,8 milyondan çox avtomobilin geri çağırılacağı açıqlanıb.
Buna səbəb kapotun birdən tamamilə açılaraq sürücünün görmə qabiliyyətinə mane ola biləcəyi və qəza riskini artıra biləcəyi ifadə edilib.
Açıqlamada "Tesla"nın bunun üçün proqram yeniləməsi çıxardığı paylaşılıb.
Malik Atilay



