
Özbəkistan höküməti Əfqanıstanda hakimiyyətdə olan "Taliban"la qaz yataqlarının birgə işlənməsi ilə bağlı müqavilə bağlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləni Özbəkistan tərəfdən prezidentin xüsusi nümayəndəsi İsmətulla İrqaşev, Əfqanıstan tərəfdən isə baş nazirin iqtisadi məsələlər üzrə müavini Abdula Qani Baradara Axunda imzalayıb.
Maliyyə xərclərini Özbəkistan höküməti öz üzərinə götürüb. İşlənəcək qaz yataqları isə Əfqanıstanın Cauzcan və Faryab əyalətlərindədir.
Qeyd edək ki, müqavilə 10 illik bağlanıb.
L.Tağıyeva



