|
|
|
|
Everestin yamaclarında yüz il əvvəl, 1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları tapılıb.
525.az xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb. Qeyd olunub ki, 100 il əvvəl o, Corc Mellori ilə birlikdə dağlara dırmaşmağa başlamışdı. Mellori əvvəllər iki dəfə zirvəyə qalxıb, lakin İrvin bunu ilk dəfə etmək qərarına gəlib.
6 iyun 1924-cü ildə onlar 8170 metr hündürlükdəki düşərgəni tərk ediblər. Onlar sonuncu dəfə iyunun 8-də zirvədən təxminən 240 metr aralıda görülüblər. Alpinistlərin başına nə gəldiyi hələ məlum deyil.
Bu ilin oktyabrında Ronqbuk mərkəzi buzlaqında çəkmədə ayaq parçası aşkar edilib. Onun kimə məxsusluğu üzərində “E.K.İrvin” adı işlənmiş corab sayəsində müəyyən edilib.
Pərvanə Sultanova