
Livandan buraxılmış pilotsuz uçuş aparatının İsrailin şimalındakı Binyamin kəndi yaxınlığında düşməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.
Bildirilib ki, azı səkkiz nəfər qəlpə yarası alıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Telekanal qeyd edib ki, ərazidə hava hücumu xəbərdarlığı olmayıb.



