
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda belaruslar iştirak etməlidir.
525.az bu barədə ölkənin teleqram kanallarına istinadən xəbər verir.
Belarus lideri xatırladıb ki, həmişə bu məsələdə təkid edib və qeyd edilən mövzuda ukraynalılara da məlumat verib. Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin də xəbərdarlıq edib ki, Ukrayna ilə bağlı danışıqlarda belaruslar iştirak etməlidir.
"Bu, bizim problemimiz olduğu üçün mən istəmirəm ki, bizsiz orada bizim problemlər həll olunsun", - Lukaşenko deyib.
O, Qərbi Belarusun Ukrayna münaqişəsini həll etməsinə mane olmaqda ittiham edib.
Pərvanə Sultanova



