
Yəhya Sinvarın öldürülməsindən sonra Xaled Maşal yenidən HƏMAS-a rəhbərlik edəcək.
525.az xəbər verir ki, bu barədə Livanın LBCI portalı məlumat yayıb.
Xaled Maşal buna qədər 1996-2017-ci illər aralığında HƏMAS-ın Siyasi Bürosuna rəhbərlik edib.
Qeyd edək ki, Yəhya Sinvar bu ilin avqustundan HƏMAS-a rəhbərlik edirdi. O, iyulun sonlarında Tehranda öldülürülən İsmayıl Haniyənin xələfi idi. Sentyabrda Sinvarın da öldürülməsi barədə xəbərlər yayılsa da, sonradan bu, təsdiqini tapmadı. Dünən İsrail ordusu Yəhya Sinvara qarşı yenidən əməliyyat keçirdi və o öldürüldü. Artıq biometrik test də Sinvarın ölümünü təsdiqləyib.
İbrahim Cəfərov



