
ABŞ prezidenti Co Bayden Fələstinin radikal HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın zərərsizləşdirilməsinə münasibət bildirib.
525.az xəbər verir ki, bu barədə “Axios” yazıb.
Bildirilir ki, Almaniyaya yollanarkən Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya zəng vuraraq Sinvarın zərərsizləşdirilməsi münasibəti ilə onu təbrik edib. Həmçinin ABŞ prezidenti Qəzza zolağındakı girovların azad olunması məsələsində irəli getməyə çağırış edib.
HƏMAS liderinin zərərsizləşdirilməsinə ABŞ-nin vitse-prezidenti Kamala Harris də münasibət bildirib. O bildirib ki, bu, Qəzza zolağında qarşıdurmanı dayandırmaq üçün şansdır.
İbrahim Cəfərov



