
Türkiyə hərbçilərinin Suriyanın şimalında “Fırat kalkanı” bölgəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
525.az “Report”-a istinadən xəbər verir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində yayılıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bölgənin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatı davam etdirir.



