
Müxalifət parlament seçkiləri ərəfəsində mövcud hakimiyyətə qarşı ictimai narazılığı artırmaq üçün ölkə daxilində və xaricdə mümkün olan hər şeyi edir.
525.az xəbər verir ki, bunu gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, məqsəd ölkədə sabitliyi pozan mərkəzlər yaratmaqdır: “Bütün səylərini seçicilərlə ünsiyyətə yönəltmək əvəzinə, müxalifət partiyalarının səyləri seçkilərə təsir etmək üçün istifadə oluna biləcək müəyyən situasiyalar yaratmağa yönəlib”.
Boçorişvili bildirib ki, bu, həm ölkə hüdudlarından kənarda müəyyən aksiyaların planlaşdırılmasını, həm də ölkə daxilində iğtişaşları,insanların hakimiyyətə qarşı narazılığını artırmaq üçün müxtəlif üsullardan istifadə etməyi əhatə edir.
Pərvanə Sultanova



