
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin BRICS-in 16-cı sammitində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyinq deyib.
Qeyd edək ki, BRICS-in növbəti sammiti oktyabrın 22-dən 24-dək Rusiyada Kazan şəhərində keçiriləcək. Otuzdan çox ölkənin liderləri artıq iştiraklarını təsdiqləyiblər. Sammit iki hissədən ibarət olacaq. Birincisi, platformaya üzv ölkələrin “Bərabər qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi” mövzusuna həsr olunmuş iclasıdır.
İkinci hissə “BRICS plyus” formatında görüşdür, mövzu “BRICS və Qlobal Cənub – daha yaxşı dünyanı birgə qurmaq”dır.
Pərvanə Sultanova



