
İran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə məlumat verib.
O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.
General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.



