
Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyana ölkəsinin Ukrayna tərəfi ilə məhbus mübadiləsinin təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.
525.az bu barədə“Report” -a istinadən istinadən xəbər verir.
Rusiya lideri BƏƏ-dən olan həmkarı ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi şam yeməyində danışıb.
Xatırladaq ki, oktyabrın 18-də Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə 95-95 formatında əsir mübadiləsi həyata keçirib.



