
FETO təşkilatının rəhbəri Fətullah Gülənin ölüm xəbəri yayılıb.
525.az “A haber”ə istinadən xəbər verir ki, bu barədə FETO-nun mətbuat orqanı olan “Herkül” məlumat yayıb.
“Herkül”ün “X” hesabında edilən paylaşımda qeyd olunub ki, F.Gülən dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurdu.
İbrahim Cəfərov



