
Hadisə Paoni rayonunun ərazisində yerləşən Pinç qoruğunda baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Camuniya kəndindən olan 55 yaşlı Sukram Quntu Saryam adlı fermer pambıq və düyü əkdiyi sahəyə yollanarkən pələngin hücumuna məruz qalıb.
Geri qayıtmadığının fərqinə varan həmkəndliləri onun axtarışına çıxıblar və parçalanmış cəsədini tapıblar.
Bundan qəzəblənən kəndlilər qoruğa məxsus avtomobili yararsız hala salıblar. Onlar hökümət yetkililərini pələnglərin insanlara hücumunun qarşısını almamaqda ittiham ediblər.
Qeyd edək ki, son 8 ayda təkcə bu ərazidə 7 dəfə pələnglərin insanlara hücumu faktı qeydə alınıb. Son 4 ildə isə Jamuniyanın 11 sakini pələnglərin qurbanı olub.
L.Tağıyeva



