|
|
|
|

ABŞ-də yaşlı kişi uşaq oğurladığına və onu zorladığına görə 38 il sonra həbs edildi.
525.az ABŞ KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs 61 yaşlı Devid Muntdur.
O, 1986-cı ildə Arizona ştatında bir evə girərək, oranı qarət edib. Daha sonra evdə tək qalan uşağı yaxınlıqdakı tikinti sahəsinə apararaq zorlayıb. Cinayətkar hadisə yerindən qaçıb, uşaq isə 1 gün sonra tapılaraq ailəsinə təhvil verilib.
O vaxt Devidin hadisə yerində qoyduğu dəlilləri saxlayan polis yalnız 2024-cü ildə DNT analizi vasitəsilə cinayətin kimin törətdiyini üzə çıxarıb. Mundt Texas ştatında həbs olunub.
Qeyd edək ki, DNT analizləri sayəsində onun illər əvvəl Texasda da bənzər cinayət törətdiyi məlum olub.

L.Tağıyeva



