Gürcüstan başa düşür ki, Qərb onu bərabərhüquqlu tərəfdaş kimi deyil, öz maraqlarına çatmaq üçün alət kimi qəbul edir. İndi Tbilisi öz xeyrinə seçim edərək suverenliyini müdafiə edir.
525.az xəbər verir ki, bu bardə yerli mətbuata rusiyalı politoloq Aleksey Malinin deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti başa düşdü ki, onları Avropa İttifaqına, NATO-ya qəbul etmək istəmirlər, sadəcə olaraq hərbi təlimlər, vizasız rejim və s. formasında yardımlar edirlər. Amma kökündən heç nə dəyişmir, eyni Qərb ölkələri Gürcüstanda getdikcə daha çox QHT-lər, birlikləri açır və ölkənin daxili siyasətinə təsir etmək istəyirlər.
Politoloqun fikrincə, gürcü ssenarisi həm bütün dünya, həm də ayrıca postsovet məkanı üçün göstərici olub: “Gürcüstan o ölkələrdən idi ki, Qərblə mümkün qədər yaxın münasibətlər qurmağa canfəşanlıq edib, lakin Tblisidə bunun nəyə gətirib çıxardığını anladılar. Onlar Gürcüstanı antiRusiya sanksiyalarına qoşulmağa çağırdılar, baxmayaraq ki, bu, Gürcüstan üçün tamamilə sərfəli deyil, əksinə, indi kifayət qədər ciddi faydalar əldə edir ki, bu da ona paralel idxaldan pul qazanmağa imkan verir. Üstəlik, prinsipcə, Rusiya və Gürcüstanın çoxdanciddi iqtisadi əlaqələri var. Bu fonda hakim “Gürcü Arzusu” partiyası göstərdi ki, qərbyönlü ssenariyə əməl etsələr, nələr baş verəcək. Ölkə indi daha balanslı bir yol - suverenlik və müstəqillik kursu götürüb”.
O deyib ki, Gürcüstanın birdən-birə rusiyapərəst olduğunu söyləməyəcəyik, bunu deyə də bilmərik: “Bu, müxalifətin çoxsaylı təxribatlarına baxmayaraq, seçkilərdə qalib gələn partiyadır. Qalib gəldi ona görə ki, xalq sakit, çoxvektorlu inkişaf istəyir”.
Pərvanə Sultanova