Çin lideri Si Cinpin Donald Trampa ABŞ prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
525.az bu barədə Çin mətbuatına istinadən xəbər verir.
Cənab Cinpin iki ölkəni yeni dövrdə hər iki dövlətə və dünyaya fayda gətirmək üçün qarşılıqlı əlaqənin düzgün yolunu tapmağa çağırıb: “Tarix göstərdi ki, Çin və ABŞ əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə uduzur. İki ölkə arasında sabit, sağlam və davamlı əlaqələr hər iki dövlətin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur”, - Çin lideri vurğulayıb.
O, ümidvar olduğunu bildirib ki, hər iki tərəf qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət edəcək, dialoq və təmasları gücləndirəcək, fikir ayrılıqlarını düzgün idarə edəcək və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək.
Pərvanə Sultanova