Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Qara və Hakurk bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.
Eyni zamanda Suriyanın şimalındakı "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində 6 PKK/YPG üzvü öldürülüb.
Nazirlikdən vurğulanıb ki, ən sonuncu terrorçu öldürülənədək mübarizə davam edəcək.