|
|
|
|

İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Livandan 5 raket atılıb və bu səbəbdən Yuxarı Qalileyin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı ilə bağlı sirenalar səsləndirilib.
“Raketlərin bəziləri məhv edilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, - ordunun açıqlamasında bildirilib.



