https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

“Doğma Gürcüstanımda rus çəkməsi görmək istəmirəm”

“Doğma Gürcüstanımda rus çəkməsi görmək istəmirəm”

Məşhur gürcü müğənnisi, kinoaktyor və “Mimino” filminin ulduzu Vaxtanq Kikabidze Ukraynanın “Qordon” nəşrinə müsahibə verib.
 

Axşam.az-ın məlumatına görə, 2008-ci ilin avqustunda Rusiyanın Cənubi Osetiyaya hərbi müdaxiləsinə görə ozamankı prezident Dmitri Medvedevin əlindən mükafat almamaq üçün “Dostluq” ordenindən imtina edən V.Kikabidze həmin vaxtdan bəri bir dəfə də olsa, Rusiyaya getməyib. Buna baxmayaraq o, rus tamaşaçıları üçün darıxdığını dilə gətirib:
 
“Rusiyadan mənə çoxlu məktublar gəlir. Həmin məktublar əsasında xüsusi veriliş də hazırlamaq olar. Xalq və siyasət – ayrı-ayrı şeylərdir. Mənə orada çıxış etməyim üçün xeyli təkliflər edilir. Amma Tbilisidən 30 kilometr məsafədə məftil maneələr qoyulubsa, bunu necə edə bilərəm?”. 

Sənətkar ötən ilin noyabrında Kiyevdə baş vermiş və yüzlərlə insanın ölümünə səbəb olmuş Maydan hadisələrindən də danışıb:
 
“Gürcülər Ukraynanın tərəfindədir. Bütün ukraynalılar belə çətin vəziyyətdə özlərini ələ almalıdırlar”.

Vaxtanq Kikabidze daha əvvəl Ukraynanın “Yüksək qəsr” nəşrinə belə bir müsahibə vermişdi:
 
“Düşünürəm ki, Ukrayna kimi böyük bir dövlətin nüvə silahı olmalıdır. Kim bilir, hamının qorxduğu və inanmadığı Putin hələ Kremlə nə qədər hakimlik edəcək? Əgər bu olmasa, hər şey təzədən başlayacaq: əvvəlcə rus əsgəri gələcək, sonra rus tankı, sonra isə rus çəkməsi. Mən öz doğma Gürcüstanımda rus çəkməsini görmək istəmirəm. Eləcə də Ukraynada...”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.